"Xərclər azaldılmasa, ABŞ iflas edəcək"

Bölmə: Dünya › ,
Tarix: 13:14 12.02.2025

ABŞ-li milyarder və Hökumət Səmərəliliyi Departamentinin rəhbəri Elon Musk federal xərclərin azaldılmasının vacib olduğunu vurğulayaraq, büdcə kəsiri məsələsində heç bir tədbir görülməzsə, ölkənin iflas edəcəyini bildirib.

 

Elon Musk, Oval Ofisdə DOGE-nin fəaliyyəti ilə bağlı dəyərləndirmələr aparıb. DOGE-nin məqsədinin demokratiyanı yenidən bərpa etmək olduğunu qeyd edən Musk, xalqdan hökumətə doğru yaxşı bir rəy bildirmə mexanizminin olmaması və bürokratiyanın hakim olması halında demokratiyanın heç bir mənasının qalmayacağını deyib.

 

Büdcə kəsiri barədə xəbərdarlıq

 

Musk, “Əgər insanlar səs verə bilmirsə və öz iradələrinin Prezident, Senat və Nümayəndələr Palatası kimi seçilmiş təmsilçilərin müəyyən etməsini təmin edə bilmirsə, o zaman biz demokratiyada yox, bürokratiyada yaşayırıq”,- deyə bildirib. Bürokratiyanın xalqa qarşı məsuliyyət daşımalı olduğunu vurğulayan Musk, büdcə kəsiri məsələsinin həll olunmalı olduğunu söyləyib. O, büdcə kəsiri ilə bağlı tədbir görülməsə, ölkənin “iflas edəcəyini” bəyan edib.

 

"150 yaşında sosial təminat ödənişi alanlar var"

 

Bundan əlavə, Musk bəzi şəxslərin 150 yaşında olmasına baxmayaraq sosial təminat ödənişləri aldığını iddia edib. Hökumətin “düşməncəsinə ələ keçirildiyini” və bunu qeyri-şəffaf şəkildə etdiyini bildirən tənqidlərə cavab olaraq isə Musk, “İnsanlar böyük bir hökumət islahatı üçün səs verdilər və bunu əldə edəcəklər”,-deyə bildirib.

 

Mənbə: Haberler

Aygün Babayeva