Kremlin bildirib ki, Fogel mübadiləsi çərçivəsində bir rusiyalı azad edilib və tezliklə evinə qayıdacaq

Bölmə: Dünya › ,
Tarix: 17:56 12.02.2025

Moskva və Vaşinqton arasındakı müzakirələrin son günlərdə intensivləşdiyini əlavə edən Peskov, Fogelin azad edilməsi və hazırda ABŞ-da həbsdə olan "Rusiya Federasiyasının vətəndaşlarından birinin" azad olunmasına səbəb olduğunu qeyd edib.

 

Peskovun sözlərinə görə, həmin şəxs tezliklə Rusiyaya qayıdacaq və onun kimliyi yalnız Rusiyaya çatdıqdan sonra açıqlanacaq. 

 

Fogel çərşənbə axşamı gecəsi Ağ Evə Amerika bayrağına bürünmüş halda gəlib və onu ABŞ Prezidenti Donald Tramp qarşılayıb. Tramp, Fogelin azad edilməsində “kiçik bir rol oynamağın” onun üçün “şərəf” olduğunu bildirib.

 

Trampın sözlərinə görə, daha bir amerikalının azad ediləcəyi gözlənilir. Rusiyada bir neçə amerikalı hələ də saxlanılır və ən azı iki nəfər - Stephen Hubbard və Rusiya-Amerika ikiqat vətəndaşı Ksenia Karelina - əsassız olaraq saxlanılanlar kimi təsnif edilib.

 

Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, Fogelin azad edilməsi ABŞ-da saxlanılan bir rusiyalı ilə birbaşa birə-bir mübadilə şəklində həyata keçirilməyəcək. “Fikrimcə, prezidentin zorakı olmayan insanlarla bağlı müzakirələrə diqqət yetirdiyini görəcəksiniz... Amma eyni zamanda birə-bir mübadilə görməyəcəksiniz”, Trampın girov məsələləri üzrə xüsusi nümayəndəsi Adam Boehler çərşənbə axşamı deyib.

 

Nuray Qurbanlı

CNN