"Bir dəfə yemək kifayətdir..."

Tarix: 19:04 12.02.2025
Müasir dünyada ürək sağlamlığı hər kəsin prioritet diqqət yetirməli olduğu bir məsələyə çevrilib. Ancaq bir çoxumuz ürək sağlamlığı üçün faydalı olan düzgün qidalar haqqında kifayət qədər məlumatımız yoxdur və zərərli qidalara müraciət edirik. Bununla belə, bəzi qidalar ürəyinizin təbii qoruyucuları kimidir. Məsələn, soğan və sarımsaq bu qidalardan yalnız ikisidir. Hər iki qida maddəsi güclü antioksidan xüsusiyyətləri ilə ürək sağlamlığını qoruduğu halda, ikinci beyin sayılan bağırsaqlarımızdakı faydalı bakteriyaları qidalandıraraq həzm sistemimizi də dəstəkləyir.
Soğan və sarımsaq demək olar ki, hər gün mətbəximizdə istifadə etdiyimiz qidalardır, lakin sağlamlığa olan dərin təsirlərini nəzərə almırıq, bəzən sıx qoxusuna görə belə onlara üstünlük vermirik. Amma bu iki möcüzəvi qida reseptlərə dad qatmaqla yanaşı, ürək sağlamlığını dəstəkləmək, qan təzyiqini tarazlaşdırmaq və immunitet sistemini gücləndirmək kimi bir sıra faydalar da təqdim edir.
Soğan və sarımsaq bağırsaq sağlamlığı üçün təbii antibiotiklərdir.
Sarımsaq tam kükürd mənbəyi olduğu üçün bədəndəki zərərli mikrobları yox edir, həmçinin bağırsaqlarda faydalı bakteriyaların inkişafına dəstək olur. Buna görə də həzm sistemini gücləndirir. Soğan isə tərkibində yüksək inulin olması ilə prebiyotik təsir göstərir. İnulin bağırsaqlarda sağlam floranı qidalandırır və probiyotiklərin böyüməsi üçün lazımi mühiti təmin edir.
Mənbə: Pembe nar
Nigar Səmədli