Ağ Ev AP-ni ofisə buraxmadı-Səbəb "Meksika Körfəzi" ifadəsinin istifadəsidir

Bölmə: Dünya › ,
Tarix: 19:08 12.02.2025

Associated Press (AP) xəbər agentliyi, "Meksika Körfəzi" ifadəsini istifadə etməyə davam etdiyi üçün Ağ Ev tərəfindən Oval Ofisdə keçirilən icra əmri imzalanma mərasiminə buraxılmadığını bildirib.

 

Prezident Donald Trampın "Meksika Körfəzi" adını "Amerika Körfəzi" olaraq dəyişdirməsinə dair fərmanına uyğun hərəkət etmədiyi üçün AP-nin jurnalistinə giriş yasağı qoyulub. AP-nin icraçı redaktoru Culi Peys bu qərarı tənqid edərək, bunun mətbuat azadlığına zidd olduğunu və Birinci Düzəlişin (First Amendment) açıq şəkildə pozulduğunu bildirib. Ağ Ev Muxbirlər Assosiasiyası (WHCA) da bu addımı "qəbuledilməz" adlandırıb və Ağ Evin mətbuata nəyi necə yazacağını diktə edə bilməyəcəyini vurğulayıb:

 

"Tramp daha əvvəl də jurnalistlərə giriş qadağası qoyması ilə tanınıb. Onun komandası seçki kampaniyası dövründə bəzi jurnalistlərin akkreditasiyasını ləğv edib, prezidentliyi dövründə isə CNN müxbiri Cim Akostanın Ağ Evə girişini müvəqqəti olaraq yasaqlayıb".

 

CNN News
Aydan Quliyeva