Qəzzada ağrılı mənzərə: Ölənlərin sayı 48 min 222-yə yüksəldi.

Tarix: 19:22 12.02.2025
İşğalçı İsrail Qəzza zolağında Həmasla atəşkəsi pozur.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 1 mülki vətəndaşın öldüyü, 9 mülki vətəndaşın yaralandığı, atəşkəsdən əvvəl dağılan binaların dağıntıları altında davam edən axtarışlar zamanı daha 2 mülki vətəndaşın cəsədinin çıxarıldığı bildirilib.
Nazirlik bildirib ki, son rəqəmlərdən sonra bölgədə ümumi can itkisi 48 min 222, yaralı sayı isə 111 min 674-ə yüksəlib.
Mənbə: A haber
Nərmin Həşimova