“Ermənistan tərəfi həmişə sülhdən danışıb , amma işğalçı siyasət yürüdüb”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:32 12.02.2025

“Azərbaycan tərəfində daha çox belə bir tezis üzərində cəmlənir ki , Ermənistan silahlanır və Azərbaycana hücuma hazırlaşır. Azərbaycanın isə özünü müdafiə etmək və qabaqlayıcı tədbirlər görmək hüququ var”

 

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın məqaləsində deyilir.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “informator.az”a açıqlamasında bildirib ki, Nikol Paşinyan daxil Ermənistana rəhbərlik edən dörd şəxsin dördü də eyni təfəkkürə malik insanlardır:

 

“Onlar hər zaman sülhdən danışıb, amma işğalçı siyasət yeridiblər. Paşinyanın son məqaləsi əslində bir daha Azərbaycana böhtan üzərində qurulub. Belə ki, Paşinyan guya özünü sülhpərvər obrazda təqdim etmək istəyir. Amma məhz 2019-cu ildə Xankəndində “Qarabağ Ermənistandır nöqtə!" deyə bağıran da , 44 günlük müharibə zamanı Gəncə, Tərtər, Bərdə , o cümlədən Mingəçeviri hədəfə alınması ilə bağlı əmrləri verən də , üçtərəfli bəyanatdan sonra öz üzərinə götürdüyü öhdəlikləri həyata keçirməyən də Nikol Paşinyan idi. Həmin Paşinyan guya Qarabağı Azərbaycanın tərkibində tanıdığını bəyan etsə də, amma 2023-cü ilin sentyabrın 9-da Qarabağdakı xunta rejiminə Qondarma Respublikasının guya yaradılması il dönümü ilə bağlı təbrik məktubu göndərməklə əslində Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiyini nümayiş etdirdi. Ermənistan ordusunun 20 minə yaxın mənsubları Qarabağda idi. Onların saxlanılması üçün hər il 400 milyon dollara yaxın vəsait ayıran da, onları silahlandıran da, təxribatlara sövq edən də Ermənistan idi. Məhz bu işğalçı dövlət 44 günlük müharibədən sonra Azərbaycanla sülh şəraitində yaşamaq üçün sülh müqaviləsini imzalamaq, Zəngəzur dəhlizini açılması əvəzinə sürətlə silahlanmanı həyata keçirdir. Fransa , Hindistan, İran və digər ölkələrdən silah hərbi texnika almaqla öz gücünü artırmaq istəyir. Hərbi balansı yaratmağa çalışır. Bunun bağlı Ermənistan rəsmilərinin açıqlamaları var: "Ermənistan ordusunun əvvəlki gücünü bərpa etməsi üçün 4-5 il zamana ehtiyacı var".

 Azərbaycan artıq bundan 4 il ötdüyünü görür. Yəni Paşinyanın bu bəyanatı heç bir tənqidə tab gətirə bilməz. Çünki Azərbaycan Ermənistana ərazi iddiası olmadığını rəsmən bəyan edib. Sadəcə, Azərbaycanın Ermənistandan tələbi Zəngəzur dəhlizinin açılmasıdır. Bundan başqa sülh müqaviləsinin də imzalanması üçün Azərbaycanın irəli sürdüyü bir neçə tələbin yerinə yetirilməsidir. Onlardan biri də Ermənistan qanunvericiliyi aktların da və konstitusiyasında yer alan Azərbaycana , o cümlədən Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması məsələsidir. Ermənistan da bunu hələlik həyata keçirmək istəmir”. 

 

Politoloq Ermənistanın sürətlə silahlanması məsələsindən də söz açıb:

 

“ Bununla bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Prezident də bunu keçən ay öz müsahibəsində qeyd etdi. Bir daha qeyd etdi ki, Ermənistana silah verən dövlətlər bu məsələdə diqqətli olmalıdırlar. Onlar bu müqavilələri ləğv etməlidirlər. Həmin dövlətlər verdikləri silahları geri almalıdırlar. Əslində Azərbaycan bu tərəfinin tələbi gələcək gərginliklərlə bağlı narahatlıqdır. Amma Azərbaycan Prezidenti onu da qeyd etdi ki, biz prosesi diqqətlə izləyirik. Ermənistanın silahlanması , Azərbaycanı təhdid edici səviyyəyə qalxarsa, o zaman onun arxasında duran güclərin də fikirlərini nəzərə almadan Azərbaycan müvafiq addımlar atacaq. Yəni Ermənistanın sürətlə silahlanması heç bir halda, bölgədə sülhə və sabitliyə töfhə verən amil deyil. Bu gərginliyin artmasına yönəlir. Nikol Paşinyanın Vaşinqtondan istədiklərini ala bilmədikdən sonra xaricə səfəri məhz gələcək planlarla bağlıdır”. 

 

Kəmalə Vəliyeva