Atəşkəsin ikinci fazası danışıqlarını dayandırdı-İsraildən 9 məhbusun vəziyyəti

Bölmə: Dünya › ,
Tarix: 19:54 12.02.2025

İsrail Qəzzada atəşkəsin ikinci mərhələsinə keçmək üçün danışıqları birinci mərhələdə azad edilməsi planlaşdırılan 9 israilli məhbus azad edilənə qədər dayandırıb.

 

 İsrail Baş nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada, İsrailin HƏMAS-ın atəşkəs razılaşmasının birinci mərhələsində azad edilməsi planlaşdırılan 9 diri məhbusu "önümüzdəki günlərdə" təhvil verməsini gözlədiyi bildirilib. Açıqlamada, söz mövzusu sağ qalan 9 məhbus azad olunmayana qədər İsrailin atəşkəsin ikinci mərhələsi üçün danışıqlara qatılmayacağı bildirilib.

 

İsraillə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasının birinci mərhələsində əksəriyyəti sağ olan 33 israilli məhbusun azad edilməsi planlaşdırılırdı.

 

NETANYAHU: Şənbə günü əsirlər azad edilməsə, atəşkəs sona çatacaq

 

Təhlükəsizlik kabinetində yekdilliklə qəbul edilən qərarlardan sonra danışan İsrailin baş naziri Benyamin Netanyahu, əsirlərin azad edilməməsi halında “atəşkəs bitəcək və şiddətli hücumlara başlayacaqlarını”,- bildirib.

 

Mənbə: CNN Türk

Kəmalə Vəliyeva