“Kiyev sərhədlərini bərpa etməsi və NATO-ya qoşulması ehtimalı azdır”-Pentaqon

Bölmə: Dünya › ,
Tarix: 19:59 12.02.2025

Ukraynanın NATO-ya üzvlüyü və Rusiya ilə müharibə bitdikdən sonra 1991-ci il sərhədlərinə qayıtması qeyri-realist görünür.

 

ABŞ-ın yeni müdafiə naziri Pit Hegset bu fikirləri çərşənbə günü, 12 fevralda Brüsseldə keçirilən "Ramstein" formatında Ukrayna üzrə Əlaqə Qrupunun toplantısında səsləndirib. "ABŞ hesab etmir ki, Ukraynanın NATO-ya üzvlüyü danışıqlar yolu ilə nizamlanmanın real nəticəsi ola bilər" – deyə nazir bildirib. Bunun əvəzinə, Ukraynaya "Avropa və qeyri-Avropa qoşunları" ilə dəstəklənən təhlükəsizlik təminatları verilməlidir – Pentaqon rəhbəri əlavə edib.

 

"Əgər bu qoşunlar gələcəkdə hansısa mərhələdə Ukraynada sülhməramlı missiya çərçivəsində yerləşdirilərsə, bu, NATO-ya bağlı olmayan bir missiya olmalıdır və onlara NATO-nun Beşinci maddəsi şamil edilməməlidir" – deyə o vurğulayıb. "Hər hansı təhlükəsizlik təminatı çərçivəsində ABŞ qoşunları Ukraynada yerləşdirilməyəcək" – nazir əlavə edib.

 

Mənbə: Deutsche Welle ( Dw)
Zəhra Məmmədova