Papa Fransisk və Tramp administrasiyası arasında "teoloji müharibə"

Tarix: 21:30 12.02.2025
Vatikan ABŞ-də hakimiyyətə gələn Donald Tramp administrasiyasının mübahisəli siyasətlərinə dini istinadlarla haqq qazandırmaq cəhdlərinə “töhmət” kimi səciyyələndirilən cavab verib.
Trampın rəhbərliyi altında son dərəcə mühafizəkar katolik baxışlarını müdafiə edən fiqurlar bu gün Ağ Evdə ön sıralardadır. Bunların başında 35 yaşında katolikliyə vəftiz edilmiş vitse-prezident JD Vance var.
JD Vance keçən ayın sonunda katolik istinadları ilə anti-immiqrasiya siyasətini elan edərkən, katoliklərin ruhani lideri Papadan açıq bir əks mesaj gəldi.
Keçmişdə tez-tez qapıların mühacirlərin üzünə bağlanmamasına çağıran Papa, çərşənbə axşamı günü ABŞ-də mühacirlərin kütləvi deportasiyasını "böyük böhran" olaraq xarakterizə edən bir məktub yayımladı.
Papa xəbərdarlıq edib ki, “insan ləyaqətinə deyil, gücə əsaslanan işlərin sonu pis olacaq”.
Mənbə : BBC news Türkçe
Nigar Həsənzadə