ABŞ Prezidenti Tramp, Rusiya Prezidenti Putinlə görüşüb

Tarix: 22:31 12.02.2025
"Ukrayna müharibəsində ölümləri dayandırmaq üçün razılaşdıq"
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə uzun və səmərəli bir telefon danışığı apardıqlarını bildirib. Onlar Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt və dolların gücü kimi mövzuları müzakirə ediblər. Trampın sözlərinə görə, hər iki tərəf Rusiya-Ukrayna müharibəsində milyonlarla insanın ölümünü dayandırmaq istəyir və bu məqsədlə yaxın əməkdaşlıq etməyə razılaşıblar. Komandalarının dərhal sülh danışıqlarına başlamasına qərar verilib. Tramp, uğurlu olacağına inandığı bu müzakirələrə yüksək rütbəli rəsmilərin rəhbərlik edəcəyini bildirib və müharibənin bitməsinin vacibliyini vurğulayıb.
Haber Global
Bənövşə Zahidli