Sisi Trampa meydan oxudu!

Tarix: 14:38 13.02.2025
Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ABŞ Prezidenti Donald Trampın Qəzza planı ilə bağlı açıqlama verib. Sisi, “Sülh üçün ABŞ ilə işləməyə hazırıq, lakin Qəzza fələstinlilər məcburi köçkün edilmədən yenidən qurulmalıdır”,- deyib.
ORTAQ MÖVQE
Misir Prezidentliyinin açıqlamasına görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya Kralı II Abdullah arasında telefon danışığı baş tutub. Görüş zamanı Qəzzanın fələstinlilər köçürülmədən yenidən qurulmalı olduğu vurğulanıb. Hər iki lider fələstinlilərin məcburi köçkün edilməsinə qarşı ortaq mövqelərini yenidən bəyan edib və Fələstin xalqının bütün qanuni hüquqlarını təmin etmək üçün koordinasiyanı davam etdirmək əzmində olduqlarını bildiriblər.
“QƏZZADA SÜLH ÜÇÜN ABŞ İLƏ İŞLƏMƏYƏ HAZIRIQ, ANCAQ FƏLƏSTİNLİLƏR KÖÇÜRÜLMƏMƏLİDİR”
Misir Prezidenti Sisi əlavə olaraq, “Qəzzada sülh üçün ABŞ ilə işləməyə hazırıq, ancaq fələstinlilər köçürülməməlidir”,- deyə bildirib. Görüş zamanı, həmçinin, ərəb ölkələri arasında koordinasiya və məsləhətləşmələrin artırılması, eləcə də 27 fevralda Misirdə keçiriləcək fövqəladə Ərəb Zirvəsinə hazırlıqlar müzakirə edilib.
Mənbə: Haberlere
Aygün Babayeva