Rusiyanın Qırmızı dəniz bazası - Sudan üçün "heç bir maneə yoxdur"

Bölmə: Dünya › ,
Tarix: 14:43 13.02.2025

Sudanın xarici işlər naziri Əli Yusif çərşənbə günü müqavilənin imzalandığını və limanın yaradılması ilə bağlı Rusiya ilə "tam razılıq" içində olduqlarını bildirib. Onun sözlərinə görə, qalan yalnız sazişin ratifikasiyasıdır.

 

Əli Yusif çərşənbə günü Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat brifinqində deyib: "Sudan və Rusiya hərbi-dəniz bazası ilə bağlı razılığa gəliblər".

 

Əlavə təfərrüat verilməyib və Lavrov məsələ ilə bağlı açıqlama verməyib.

 

Suriyanın yeni hökuməti keçən ay Rusiyanın yeganə xarici dəniz bazasına malik olduğu limanı Rusiyaya uzunmüddətli icarəyə verən müqaviləni ləğv edib.

Son aylarda Rusiya rəsmilərinin müharibə zamanı Sudanın faktiki paytaxtı olan Port Sudana səfər etdiyi və vətəndaş müharibəsində hər iki döyüşən tərəflə əlaqələri inkişaf etdirməyə çalışdığı bildirilir.

 

Mənbə: BBC News

Nərmin Həşimova