Münhendə avtomobil etirazçılara çırpıldı-Ən azı 20 yaralı

Bölmə: Dünya › ,
Tarix: 15:18 13.02.2025

Münhen şəhərində bir avtomobil etiraz aksiyası zamanı nümayişçilərin üstünə sürülüb, nəticədə ən azı 20 nəfər yaralanıb.

 

Hadisə, şəhərdə keçiriləcək yüksək səviyyəli təhlükəsizlik konfransına saatlar qalmış baş verib. Polis dərhal hadisə yerinə müdaxilə edərək sürücünü saxlayıb və onun artıq təhlükə yaratmadığını bildirib. Hadisənin Verdi həmkarlar ittifaqının təşkil etdiyi tətil çərçivəsində keçirilən etiraz aksiyası zamanı baş verdiyi bildirilir. Şahidlərdən biri polisin avtomobilə atəş açdığını deyib. O, bir nəfərin maşının altında qaldığını görüb və kömək etməyə çalışsa da, avtomobilin qapıları bağlı olub. Daha sonra o, yaralanan şəxslərə kömək etməyə yönəlib.

 

Hadisə Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın vitse-prezidenti JD Vance və digər yüksək rütbəli diplomatların iştirak edəcəyi Münhen Təhlükəsizlik Konfransının keçiriləcəyi məkandan təxminən 1,5 kilometr uzaqlıqda baş verib.

 

CNN News
Aydan Quliyeva