ABŞ müdafiə naziri Trampın Ukrayna strategiyasını müdafiə edib

Bölmə: Dünya › ,
Tarix: 16:31 13.02.2025

ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ prezidenti Donald Trampın Ukraynada Rusiya ilə danışıqlar yolu ilə sülh əldə etmək strategiyasının “xəyanət” olmadığını və Trampın bu sülhə nail ola biləcəyini və bunun yaxşı əlamət olduğunu bildirib.

 

Heqseth Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısından əvvəl mətbuata açıqlama verib.

Görüşdə qürurla iştirak etdiyini bildirən Heqseth, "Çox adam bilmir. Mən Əfqanıstanda bir çox cəsur NATO əsgəri ilə birlikdə NATO missiyasında ABŞ əsgəri kimi xidmət etdim",- dedi. 

Hegseth, indi alyansın çox daha böyük təhlükə ilə mübarizə missiyası ilə qarşı-qarşıya qaldığını qeyd edərək, “Bu təcavüzün həyəcan siqnalı olması lazımdır” ,- dedi. 

 

 

Mənbə: CNN Türk

Kəmalə Vəliyeva