Zəngəzur Dəhlizinin Açılması və Bölgədəki Gərginlik

Bölmə: Siyasət › ,
Tarix: 17:00 13.02.2025

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Azərbaycanı Naxçıvanla birləşdirən dəhliz mütləq açılacaq. 

 

O, bu dəhlizin istər Ermənistan, istərsə də İran üzərindən seçilə biləcəyini söyləyib. Uraloğlu Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəklədiyini bildirib.

 

Mövzu ilə bağlı ‘’informator.az’’ açıqlamasında politoloq Əziz Əlibəyli  bildirib ki, İranın sərhədlərin dəyişməsini istəməməsi ilə Azərbaycan bu yolu Ermənistanın içərisindən sərhəddən kənar vəziyyətə də çəkə bilər:

 

"Uzun müddətdir bu proses gedir. Amma əslində həm Türkiyə, həm də Azərbaycan tərəfdən Zəngəzur dəhlizi xətti üzərindəki işlər tamamlanıb, Ermənistan ərazisindəki işlər qalıb. Ermənistanın mövqeyi öz əlində deyil. Açığı, tarixi logistik qərarı verməlidir. Bunu verməyəcəksə, Azərbaycan tərəfinə qarşı davam etdirdiyi revanşist münasibət mövcud olacaqsa, müharibə qaçılmaz olacaq. Bu bizə hansısa avantajlar yaradır. Amma bölgədə başqa proseslər gedir. Ermənistanın cənubunda qərbin, İranın, Rusiyanın və ora yaxın istiqamətdə Azərbaycan və Türkiyənin əsgərləri var. Ciddi bir proses yaşanacaq və məncə, bəlkə Zəngəzur dəhlizinə qədər bu qayğını İran və Rusiya çəksin ki, onların ‘’qulağının dibinə’’ Ermənistan ABŞ ilə saziş imzalayaraq qərb qoşunlarını gətirir. Bu məsələlərfən asılı bir yanaşma var ki, bölgənin taleyi necə olacaq. Ona görə Azərbaycan tələsməməlidir. Qaldı ki, Azərbaycana Kəlbəcər, Laçın, təxminən Şahbuz istiqamətindən ikinci bir yol nəzərdən keçirilir ki, məncə, bu İranın səsləndirdiyi bəyənatlara görədir ki, biz sərhədlərin dəyişməsini istəmirik. Azərbaycan da bu yolu Ermənistanın içərisindən sərhəddən kənar vəziyyətə də çəkə bilər".

 

Günel Verdiyeva