Həmas və İsrail arasında əsir mübadiləsi üzrə razılaşma bərpa edilib

Bölmə: Dünya › ,
Tarix: 19:35 13.02.2025

Həmas, bu həftəsonu əsirlərin buraxılmasını təxirə salaraq İsraili həssas atəşkəsi pozmaqda ittiham etmişdi. Cavab olaraq, İsrail döyüşlərin bərpa olunacağı ilə hədələyib.

 

Misir və Qətər kimi əsas vasitəçilərlə aparılan danışıqlardan sonra Həmas bildirib ki, əsirlərin buraxılması – bunun qarşılığında isə fələstinli məhbusların mübadiləsi nəzərdə tutulub – planlaşdırıldığı kimi davam edəcək.

 

“Həmas, imzalanan razılaşmaya uyğun olaraq, müəyyən edilmiş cədvələ əsasən əsir mübadiləsinin həyata keçirilməsinə dair mövqeyini davam etdirdiyini təsdiqləyir,” deyə qruplaşmanın bəyanatında bildirilib.

 

“Danışıqlar müsbət ruhda keçdi,” bəyanatda əlavə edilib və Misir və Qətərin “maneələri aradan qaldırmaq və boşluqları doldurmaq” üçün çalışacaqlarını təsdiqlədikləri qeyd olunub.

 

İsrail isə Həmasın bəyanatına hələ reaksiya verməyib.

 

Hələlik Həmasın bu açıqlamasının İsrail ilə mübahisəni həll etmək üçün kifayət edib-etməyəcəyi bəlli deyil. Bu gərginlik, bir ildən çox davam edən döyüşlərin ilk dayanma fürsətini təhlükə altına salmışdı və atəşkəsin növbəti mərhələsi hələ müəyyən edilməyib.

 

ABŞ Prezidenti Donald Trump, razılaşmanın mərhələli yanaşmasını tamamilə kənara qoymağı və Həmasa əsirlərin hamısını dərhal azad etmək üçün ultimatum verməyi təklif edib. Netanyahu Trump-ın tələbini alqışlasa da, buna açıq şəkildə razılıq verməyib – bunun əvəzinə qeyri-müəyyən bir açıqlama verərək, Həmasın “əsirlərimizi şənbə gününə qədər azad etməli” olduğunu deyib – dəqiq rəqəm göstərmədən – əks halda ordu “Həmas tamamilə məğlub edilənə qədər intensiv döyüşləri bərpa edəcək".

 

CNN

Nuray Qurbanlı