"Hələlik HƏMAS ilə böhranın həlli ilə bağlı heç bir razılıq əldə olunmayıb"

Bölmə: Dünya › ,
Tarix: 17:42 13.02.2025

İsrail HƏMAS ilə atəşkəs və əsir mübadiləsi razılaşması böhranını həll etmək üçün heç bir razılığın əldə olunmadığını açıqlayıb.

 

İsrail baş nazirliyindən verilən açıqlamada, Misir mətbuatında atəşkəslə bağlı böhranın həll edildiyinə dair iddialar təkzib edilib.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde, fevralın 15-də keçirilməsi gözlənilən əsir mübadiləsinin İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi səbəbi ilə dayandırıldığını bildirib.

HƏMAS-ın verdiyi açıqlamada, dayandırma qərarının məhbus mübadiləsinə 5 gün qalmış elan edildiyi, bununla da vasitəçi ölkələrə İsrailin atəşkəs maddələrinə əməl etməsini təmin etmək üçün təzyiq etmə fürsəti verdiyi bildirilib.

ABŞ prezidenti Tramp şənbə günü günorta saatlarına qədər Qəzzada bütün əsirlərin azad edilməməsi halında atəşkəsin ləğv edilməsi lazım olduğunu bildirib və "O zaman bütün cəhənnəm dağılar",- deyib.

İsrailin baş naziri Benyamin Netanyahu, israilli məhbusların azad edilmədiyi təqdirdə, "atəşkəs bitəcək və onlar şiddətli hücumlara başlayacaqlar",-deyə hədələyib və orduya Qəzzaya və ətrafına əlavə qüvvələr göndərməyi əmr edib.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova