Malayziyanın Baş naziri İbrahimdən Prezident Ərdoğana təşəkkürlər!

Tarix: 20:14 13.02.2025
Malayziyanın baş naziri Ənvər İbrahim prezident Rəcəb Tayyib Ərdoğanın ölkəyə səfərindən görüntüləri paylaşdığı videoda təşəkkürünü bildirib.
İbrahim öz paylaşımında “Müsəlman dünyasının lideri, təkcə Qəzzada deyil, bütün dünyada ədalətə, insan haqlarına, sülhə və ədalətli həllə çağıran” Ərdoğanı qəbul etməkdən şərəf duyduqlarını vurğulayıb.
“Malayziya və Türkiyə Respublikası iki ölkə, bir ürəkdir”.
İbrahim paylaşımında Ərdoğana təşəkkür edib və iki ölkə arasında əlaqələrin bundan sonra da möhkəmlənməsini arzulayıb.
Malayziya və Türkiyənin ikitərəfli ticarəti artırmaması üçün heç bir səbəb olmadığını ifadə edən İbrahim, "İkitərəfli və diplomatik əlaqələr yalnız iqtisadi öhdəliklərə əsaslanmır. Onlar səmimi dostluq və etimada əsaslanır",- dedi.
Mənbə: A haber
Nərmin Həşimova