Qaraciyəri və öd kisəsini 5 dəqiqəyə təmizləyir

Bölmə: Maraqlı › ,
Tarix: 14:55 14.02.2025

Qaraciyər və öd kisəsi bədənimizin filtrasiya və detoks mərkəzləridir və auksinlərin bədəndən çıxarılmasını təmin etməklə yanaşı, enerji istehsalından yağların yandırılması və həzminə qədər bir çox həyati funksiyaları yerinə yetirir. Ancaq güclü stress, qeyri-sağlam qidalanma vərdişləri, ətraf mühit faktorları və hətta idman fəaliyyəti bu orqanlara yükü artıra bilər.

 

Qaraciyər funksiyaları pisləşərsə, insanın immun sistemi zədələyə və müxtəlif ciddi pozulmalar baş verə bilər. 

Qaraciyər dəyərlərinin artması və ya öd kisəsi funksiyalarının zəifləməsi bədənin həyəcan rejiminə keçdiyinin göstəricisidir. Belə bir vəziyyətdə ilk olaraq yemək vərdişlərini gözdən keçirmək, lazım olan yerdə dəyişiklik etmək və təbii ki, mövcud problemin qarşısını almaq üçün alternativ müalicə üsullarını tətbiq etmək lazımdır. Bitki mənşəli müalicə bu orqanların funksiyalarını yenidən təşkil etməyə kömək edən sadə, lakin güclü üsullardır. Doğru maddələrlə hazırlanan bu müalicələr toksinləri çıxararaq qaraciyəri təmizləyir və öd kisəsinin daha sağlam və nizamlı işləməsini təmin edir.

 

Limon və cəfəri qaraciyər və öd kisəsinin sağlamlığını dəstəkləyən güclü antioksidanlar ehtiva edir. Bu səbəblə bu iki maddə ilə təsirli bir müalicə hazırlaya bilərsiniz. Bir dəstə cəfəri götürün və sapı ilə birlikdə blenderə qoyun. Sonra üzərinə limon sıxıb bir stəkan su əlavə edin. Tamamilə hamar bir tutarlılıq əldə edənə qədər qarışdırın. Səhər səhər yeməyindən 15-20 dəqiqə əvvəl istehlak edə bilərsiniz. 2 həftə tətbiq etdikdən sonra bir həftə ara verərək bu müalicəni davam etdirə bilərsiniz.

 

Mənbə: pembe nar

Nigar Səmədli