Ağda və cımbız ən böyük səhvlərdir

Bölmə: Maraqlı › ,
Tarix: 15:03 14.02.2025

Burun tüklərini ağda və ya cımbızla çıxarmaq təhlükəli ola bilər. Bu təcrübə infeksiyaların, burun abseslərinin və həssas burun toxumalarının zədələnməsinin səbəbi ola bilər.

 

 

Burun tükləri sağlamlığınızı qorumaqda son dərəcə təsirli olur, çünki qoruyucu filtr rolunu oynayır və toz və allergenləri tutur. Bəs burun tüklərinin pis görünüşündən xilas olmağın sağlam yolu nədir?

 

Burun bədəninizin çox həssas bir hissəsidir. İçərisində çoxlu qan damarları var və hətta burnunuza bir az təzyiq belə sınıq və ya sinir zədələnməsinə səbəb ola bilər. Qulaq Burun Boğaz Mütəxəssisi Dr. Don J. Beasley deyir ki, burun tüklərini mumlamaq və ya cımbızla çəkmək təhlükəsiz deyil.

 

Doktor bildirir ki, burun tükləri düzgün olmayan şəkildə mumlanırsa, infeksiya riski artar və burun selülitinə səbəb ola bilər.

 

 

"Burun tüklərini ağdalamaq və ya cımbızla çəkməyi ümumiyyətlə LOR həkimləri  tövsiyə etmir",- dedi Beasley.

 

Burun tükləri bir filtr rolunu oynayır və tənəffüs sisteminə daxil olmamışdan əvvəl havadakı tozları, allergenləri və patogenləri tutur. Beləliklə, qoruyucu qalxan yaranır və bu qoruyucu maneə aradan qaldırılarsa, infeksiya riski arta bilər. Bundan əlavə, tənəffüs sisteminə qıcıqlanma və ya zərər verə bilər.

 

Mənbə: pembe nar 

Nigar Səmədli