Aİ ABŞ-nin qarşılıqlı tariflərinə qarşı qisas alacağı barədə xəbərdarlıq edir

Bölmə: Dünya › ,
Tarix: 18:26 14.02.2025

Avropa İttifaqı (Aİ) bəyan edib ki, ABŞ qarşılıqlılıq əsasında digər ölkələrə gömrük rüsumları tətbiq edərsə, dərhal cavab veriləcək.

 

 

Aİ Komissiyası ABŞ prezidenti Donald Trampın imzaladığı, ölkələrə qarşılıqlılıq əsasında gömrük rüsumlarının tətbiqi planını ehtiva edən qərarla bağlı bəyanat yayıb.

 

DÜNYA TİCARƏTİNƏ TƏSİRİ

 

Açıqlamada dünya ticarətinin proqnozlaşdırıla bilən və şəffaf qaydalar və aşağı tariflərlə canlandığı xatırladılıb və ABŞ-nin son zamanlar bundan zərər çəkdiyi diqqətə çatdırılıb.

“Aİ azad və ədalətli ticarətə qarşı ədalətsiz maneələrə dərhal və sərt reaksiya verəcək”. Açıqlamada, Avropadakı müəssisələrin, işçilərin və istehlakçıların ədalətsiz tarif tədbirlərindən qorunacağı vurğulanıb.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova