Zelenski: Türkiyəyə səfər edəcəm!

Tarix: 18:28 14.02.2025
Ukrayna prezidenti Zelenski Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Vladimir Zelenski Türkiyəyə gələcəyini açıqlayıb. O, Münhen Təhlükəsizlik Konfransından sonra keçirilən mətbuat konfransında Ukrayna ilə Rusiya arasında sülh addımları ilə bağlı açıqlamalar verib.
Ukrayna lideri qeyd edib ki, Türkiyəyə səfəri Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından sonra olacaq
Zelenski ABŞ-ninhələlik Ukraynada sülh planının olduğunu düşünmədiyini bildirib.
“ABŞ siyasətinin Rusiyaya yönəlməsi çox qəribə olardı”,-dedi.
ABŞ bizim tərəfimizdə olmalıdır, çünki Rusiya bizə hücum edib, işğal edib. “Ona görə də biz haqlıyıq, onlar haqlı deyil”.
Mənbə: CNN Türk
Kəmalə Vəliyeva