Meniere xəstəliyi həyat keyfiyyətinə mənfi təsir göstərir

Bölmə: Maraqlı › ,
Tarix: 22:33 13.02.2025

Daxili qulaqda maye balanssızlığı nəticəsində yaranan Meniere xəstəliyi başgicəllənmə tutmalarına, eşitmə itkisinə və qulaq cingiltisinə səbəb olur. Xəstəlik daha çox 40-60 yaş aralığında rast gəlinir, lakin 20-40 yaş arasında da müşahidə edilə bilər.

Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasının mütəxəssisi Prof. Dr. Ali Cemal Yumuşakhuylu, xəstəliyin daxili qulaqda artıq endolenf mayesinin toplanması ilə əlaqəli olduğunu bildirir. Meniere xəstəliyinin əsas əlamətləri:

1.Başgicəllənmə (24 saata qədər davam edə bilər)

2.Qulaq cingiltisi və dolğunluq hissi

3.Müvəqqəti və ya qalıcı eşitmə itkisi

4.Ürəkbulanma və qusma

Xəstəliyin yaranma səbəbi tam məlum olmasa da, stres, nizamsız yuxu, siqaret, qəhvə, duzlu və yağlı qidalar tutmaların tezliyini artırır.

Müalicə iki mərhələdən ibarətdir:

1. Tutma zamanı başgicəllənmə və ürəkbulanmanı azaltmaq üçün dərman müalicəsi aparılır.

2. Uzunmüddətli müalicə isə tutmaların tezliyini azaltmağa yönəlib:

Stresdən uzaq durmaq və düzenli yuxu rejimi;

Tuzsuz və sağlam qidalanma;

Siqaret və kofeindən imtina;

Gündə 30 dəqiqə fiziki aktivlik;

Əgər bu tədbirlər nəticə verməzsə, dərman müalicəsi və cərrahi üsullar tətbiq edilə bilər.

 

Mənbə: TRT haber
Nərgiz Orucova