TikTok ABŞ-dakı Apple və Google tətbiq mağazalarına qayıdır

Tarix: 22:04 14.02.2025
Prezident Donald Trampın Çinə məxsus sosial media platformasına qadağa tətbiqini aprelin 5-nə qədər təxirə saldıqdan sonra TikTok yenidən ABŞ-nin Apple və Google tətbiq mağazalarında əlçatandır.
170 milyondan çox amerikalı istifadəçinin istifadə etdiyi məşhur proqram, qadağa müddəti yaxınlaşdıqca, keçən ay ABŞ-da qısa müddətə qaralıb.
Tramp daha sonra TikTok-a tətbiqin satılmaması halında onu qadağan edən qanuna əməl etmək üçün 75 gün uzadılması barədə sərəncam imzalayıb.
TikTok BBC News-un şərh sorğusuna dərhal cavab verməyib.
BBC
Mahmud Əskərli