Hərəkətsiz həyat tərzi şəkər xəstəliyinə gətirib çıxarır!

Tarix: 22:17 14.02.2025
Müasir dövrdə hərəkətsiz həyat tərzi, yüksək kalorili qidaların qəbulu, şəkərli və fruktoz tərkibli içkilərin həddindən artıq istehlakı nəticəsində piylənmə və şəkərli diabetin yayılma halları sürətlə artır. Mütəxəssislər, qeyri-sağlam qidalanma vərdişləri və fiziki aktivliyin azlığının bu xəstəliklərin əsas səbəblərindən biri olduğunu vurğulayırlar.
Bu gün hərəkətsizlik, yüksək kalorili qidaların qəbulu və şəkərli içkilərin həddindən artıq istifadəsi nəticəsində piylənmə və onunla paralel olaraq diabetin yayılması xeyli artıb. Endokrinologiya və Metabolizma Xəstəlikləri üzrə mütəxəssis Dr. Esra Tutal, şəkərli diabetin bütün dünyada olduğu kimi, Türkiyədə də milyonlarla insana təsir etdiyini bildirərək diqqət yetirilməsi vacib olan məqamlardan danışıb.
Dr. Esra Tutal şəkərli diabetin əsas əlamətləri arasında susuzluq, çox su içmək, tez-tez sidiyə getmək, çəki itkisi, təkrarlanan infeksiyalar, əl və ayaqlarda keyimə və daha ciddi hallarda komanın olduğunu vurğulayıb. O, "Şəkər xəstəliyi ömür boyu davam edən xroniki bir xəstəlikdir. Müalicə vasitəsilə qan şəkəri normal hədlərə qaytarıla bilər. Qan şəkərinin normal səviyyədə saxlanılması insanı şəkərin mənfi təsirlərindən qoruyur. Qan şəkərini salan dərmanlar vaxtında və müntəzəm şəkildə qəbul edilməlidir" deyə xəbərdarlıq edib.
Diyabetin koronar arter xəstəliyi və insult riskini 2-4 dəfə artırdığını qeyd edən Dr. Tutal əlavə edib: "Diyabet zamanla ürək, damarlar, göz, böyrək və sinirlərdə struktur dəyişikliklərə səbəb ola bilər”.
A Haber
Mehriban Nəsibova