İraqın şimalında hava əməliyyatı: 7 terrorçu zərərsizləşdirilib

Tarix: 18:48 15.02.2025
İraqın şimalındakı Qəndil və Metina bölgələrində həyata keçirilən hava əməliyyatlarında 7 terrorçu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən açıqlamada aşağıdakılar qeyd olunub:
"Səmavi vətənimizin igid qəhrəmanları aşkarlandıqları yerdə terrorçuları zərərsizləşdirməyə davam edir. 12 fevral 2025-ci ildə İraqın şimalındakı Qəndil bölgəsində həyata keçirilən hava əməliyyatı ilə 4 PKK terrorçusunun, 2025-ci il fevralın 24-də isə Türkiyə Silahlı Qüvvələrinin 2025-ci il tarixində həyata keçirdiyi hava əməliyyatı ilə 3 PKK terrorçusunun zərərsizləşdirildiyi müəyyən edilib.Terror təşkilatlarına qarşı aktiv və dağıdıcı tədbirlər görülür”.
Səkinəbəyim Cəfərova
TRT XƏBƏR