Arda Güler “Paris Saint-Germain” yolunda!

Tarix: 22:33 17.02.2025
Türkiyə A Milli Futbol Komandasının ulduzu Arda Gülerin, “Real Madrid”də oynama şansı tapa bilmədiyi üçün narazı olduğu bildirilib. İspaniya mətbuatı, gənc futbolçunun bu səbəbdən “PSG”yə transfer ola biləcəyini iddia edib, lakin Ancelotti şərti ilə.
İspaniya La Liqa nəhəngi “Real Madrid”də istədiyi oyun şansını tapa bilməyən Arda Güler üçün gözlənilməz transfer iddiası ortaya atılıb.
Arda Gülerə Fransanın nəhəngi “Paris Saint-Germain”in maraq göstərdiyi bildirilib.
İspaniya mətbuatında yer alan xəbərə görə, Ancelottinin gənc oyunçulara güvənməməsi səbəbilə Arda ilə yanaşı Endrick də yol ayrıcındadır.
"PSG”YƏ İSTƏKLİDİR, ANCAQ TƏK ŞƏRTLƏ
Məlumata görə, Arda Güler son iki ildə çox az oyun şansı tapdığı üçün “Real Madrid”dən ayrılmağa hazırdır. “PSG”nin təklifinə müsbət baxsa da, yalnız bir şərti var: Əgər Ancelotti Bernabeudan qəti şəkildə ayrılarsa, Arda Real-da qala bilər. Əks halda, komandadan ayrılmağı seçəcək.
Mənbə: hürriyet
Aytac Mustafayeva