Ən sağlamlı ət..

Tarix: 22:23 17.02.2025
Əhəmiyyətli qida mənbəyi olan ət sağlam həyat üçün vacibdir. Araşdırmalara görə, onun ənənəvi ət növləri arasında ən sağlamı olduğu üzə çıxıb. Mal əti, qoyun və ya quzu əti deyil...
Sağlam qidalanma meyllərinin gündəmdə olduğu bu günlərdə ət seçimləri də önəmli faktordur. Ümumiyyətlə ən çox istehlak edilən ət növləri olan mal əti, qoyun və quzu ətlərini sağlam həyat tərzini mənimsəyənlər daha diqqətlə qiymətləndirir, lakin araşdırmalara görə bu ənənəvi ət növləri ən sağlam ət olaraq ortaya çıxıb. Ən sağlam ət növü olan keçi əti bir çox üstünlüklər təqdim edir. Həm ləzzətli, həm də qidalı olan bu ət növü, aşağı yağ nisbəti və yüksək protein tərkibi ilə diqqət çəkir, digər ətlərə nisbətən daha az doymuş yağ və xolesterin ehtiva edir. Buna görə də ürək sağlamlığını dəstəklədiyi bilinir. Qida dəyəri də çox yüksək olan keçi əti bədənin ehtiyac duyduğu bir çox vacib vitamin və mineralları təmin edir. Keçi ətində mal və qoyun ətindən daha az doymuş yağ var. Bu, ürək xəstəlikləri riskini azaldır və sağlam xolesterol səviyyəsini təmin edir. Keçi əti əzələlərin inkişafı və bərpası üçün lazım olan yüksək keyfiyyətli protein ehtiva edir, həmçinin çəkiyə nəzarət etməyə kömək edir.
Keçi əti dəmir, sink və B12 vitamini kimi vacib qidalarla zəngindir. Bu qidalar immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Asan həzm olunan ət növü kimi diqqət çəksə də, bağırsaq sağlamlığını dəstəkləyir. Bundan əlavə, yüksək kalium tərkibi ilə bədənin maye balansını tənzimləməyə kömək edir.
Mənbə: Sözcü
Asiya Zeynallı