Qaz və şişkinlik problemi olanlar, yeməkdən sonra 1 saat istirahət edin

Bölmə: Maraqlı › ,
Tarix: 20:42 20.02.2025

Qaz  və  şişkinlik müasir  dünyada  bir çox insanın yaşadığı narahatlıqlardan biridir. Adətən  stress, nizamsız qidalanma və  ya yanlış  qida istehlakı  nəticəsində yaranan   bu vəziyyət həm  sosial  həyata, həm də  ümumi həyat keyfiyyətinə mənfi  təsir göstərə  bilər.

Gündəlik həyatda istehlak etdiyiniz  qidalar təkcə enerji və ya zülal mənbəyi  kimi  deyil, həm də həzm sisteminizin sağlam işləməsini  dəstəkləyən mühüm rol  oynayır. 

Yanlış qidalar  qaz, şişkinlik və buna bənzər  həzm sistemi problemlərinə   səbəb olarkən, düzgün qidalar bu kimi problemlərin  qarşısını almaq  üçün təsirli  həllər təklif edir. 

 

Bəs, bu baxımdan hansı qidalar önə çıxır və onları istehlak edərkən nələrə diqqət etməlisiniz?

Zəncəfil həzm  sisteminə  rahatlaşdırıcı təsir göstərən və bağırsaqlarda qaz yığılmasının qarşısını alan təbii tərkib hissəsidir.
Yeməklərinizə  rəndələnmiş   zəncəfil əlavə  edə və ya  yeməkdən 1 saat sonra zəncəfil çayı içə bilərsiniz. Bundan əlavə, zəncəfil ürəkbulanmanı azaldaraq ümumi mədə-bağırsaq sağlamlığını dəstəkləyir.

 

Mənbə: Pembe nar

Nigar Səmədli