Ölümdən sonra 90 saniyə davam edən enerji partlaması: “Ruh bədəni tərk edir”

Bölmə: Maraqlı › ,
Tarix: 21:52 20.02.2025

Alimlər ölüm anında ruhun bədəni tərk etdiyini göstərən tapıntılara sahib olduqlarını iddia edirlər. Mütəxəssislər, kliniki olaraq ölmüş xəstələrin beyinlərində, ürək döyüntüsü və qan təzyiqi olmadıqda yaranan enerji partlamalarının ruhun bədəni tərk etməsinə dair sübut ola biləcəyini bildirirlər.

 

Son araşdırmalarda alimlər, kliniki ölüm keçirmiş xəstələrin beyin fəaliyyətini incələyiblər. Tədqiqat zamanı yalnız bir neçə dəqiqəlik ömrü qalan yeddi xəstənin beyninə kiçik sensorlar yerləşdirilib. Müxtəlif mürəkkəb cihazlar hər xəstənin qan təzyiqini və ürək döyüntüsünü, həyati funksiyalar tamamilə dayanana qədər ölçüb.

 

Mütəxəssislər, ölən bir insanın beynində "qan təzyiqi" və ya "ürək ritmi" olmadan baş verən enerji partlamasının ölüm anında ruhun bədəni tərk etməsinə işarə edə biləcəyini irəli sürüblər. Arizona Universitetindən Dr. Stüart Hamerofun rəhbərliyi ilə aparılan araşdırmalarda elektroensefaloqrafiya sensorları vasitəsilə ölüm sonrası qeyri-adi enerji partlamaları qeydə alınıb.

Dr. Hamerof bildirib ki, "Hər şeyin dayandığı, qan təzyiqi və ürək döyüntüsünün olmadığı anda bu partlama baş verdi". O, “qamma sinxronizasiyası” adlanan bu beyin dalğası aktivliyinin insan kliniki ölümdən əvvəl 30-90 saniyə ərzində davam etdiyini vurğulayıb.

Alimlər şüurun digər beyin fəaliyyətlərinə nisbətən daha az enerji sərf etdiyini və "daha dərin bir səviyyədə" mövcud ola biləcəyini düşünürlər. Bu isə şüurun bədəni tərk etməsi ilə əlaqələndirilir.

Bundan əlavə, psixotrop maddələrin insan psixikasına təsirini araşdıran Dr. Robin Lester Karhart-Harrisin işinə istinad edilərək, MRT müayinələrinin komada olan insanlarda beyin aktivliyi göstərmədiyi qeyd edilib.

 

Bu tapıntılar ölüm və şüur  mövzularında yeni müzakirələrə yol açmaqla yanaşı, alimlər bu sahədə araşdırmaların davam edəcəyini bildirirlər.

 

NTV HABER

Elnurə Kərimova