Ən Sürətlə Yayılan Xərçəng Növləri

Bölmə: Maraqlı › ,
Tarix: 22:31 20.02.2025

Bəzi xərçəng növləri daha aqressiv olub, sürətlə inkişaf edərək orqanizmə yayılır. Bu növlər arasında aşağıdakılar xüsusilə diqqət çəkir:

 

Ağciyər xərçəngi: Sürətlə yayılan və metastaz edən ən təhlükəli xərçəng növlərindən biridir. Xüsusilə siqaret çəkən insanlarda risk daha yüksəkdir.

Mədəaltı vəzi xərçəngi: Tez-tez gec diaqnoz qoyulduğuna görə sağ qalma faizi aşağıdır.

Qara dəri xərçəngi (melanoma): Dərinin dərin qatlarına yayıla bilən və sürətlə metastaz edən bir xərçəng növüdür.

Beyin xərçəngi: Tez böyüyə və yaxın beyin toxumalarına yayıla bilər.

Qaraciyər xərçəngi: Çox vaxt digər orqanlardan metastaz edərək yayılır və müalicəsi çətin ola bilər.

Xərçəngin erkən mərhələlərində bəzi əlamətlər özünü göstərə bilər. Əgər aşağıdakı simptomları hiss edirsinizsə, mütləq həkimə müraciət edin:

Davamlı öskürək və ya səs batıqlığı

Qanlı bəlğəm və ya gözlənilməz qanaxmalar

Həzm problemləri və ya davamlı qarın ağrıları

Ani çəki itkisi və ya iştahsızlıq

Dəridə dəyişikliklər, anidən yaranan ləkələr və ya xalların böyüməsi

Səbəbsiz yorğunluq və halsızlıq


Xərçəngdən Qorunmaq Üçün Nələr Etməliyik?

 

Sağlam və balanslı qidalanmaq

Siqaret və spirtli içkilərdən uzaq durmaq

Mütəmadi olaraq idman etmək və aktiv həyat tərzi sürmək

Günəşdən qorunmaq və SPF kremindən istifadə etmək

Mütəmadi tibbi müayinələrdən keçmək

Xərçəng erkən diaqnoz qoyulduqda daha uğurla müalicə edilə bilər. Buna görə də, hər hansı bir şübhəli simptom hiss etdikdə həkimə müraciət edin

 

A Haber
Mehriban Nəsibova