“Pirallahı-quru” yatağında 2 yeni quyu istismara verilib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:41 04.11.2015

“Pirallahı-quru” yatağında 2 quyu qazmadan sonra istismara verilib.

SOCAR-dan verilən xəbərə görə, Qirməki Altı Lay Dəstəsinə qazılmış 1144 nömrəli quyu 825-810 metr intervaldan gündəlik 6,5 ton neft ilə istismara daxil edilib. Qirməki Lay Dəstəsinə qazılmış 1145 nömrəli quyu isə 867-857 metr intervaldan sutkalıq 6 ton neft ilə istismara daxil edilib.

Qeyd edək ki, quyular “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qazılıb.