“Neft Daşları” yatağı üçün 602A nömrəli özülün inşası başa çatmaq üzrədir
Bölmə: İqtisadiyyat › ,Tarix: 15:36 11.11.2015
“Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neft Daşları” yatağında quraşdırılması nəzərdə tutulan yeni 602A nömrəli stasionar dəniz özülünün inşası başa çatmaq üzrədir.
14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özülün dayaq blokları, aralıq seksiyaları, minik və yanalma meydançaları, piyada körpüləri, qülləaltı postamentlər, eləcə də özülüstü metal-konstruksiyalar və 14 ədəd quyu istiqamətləndiricisi quraşdırılmışdır. Hazırda yaşayış blokunun alt konstruksiyasının inşası uğurla davam etdirilir. Noyabr ayının sonunda özülün istismara verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 602A nömrəli özüldən qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir.