“Günəşli” yatağındakı 314 nömrəli quyu əsaslı təmirdən sonra istismara veril

Bölmə: İqtisadiyyat › ,
Tarix: 13:02 23.11.2015

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündən 314 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-dan İnformator-a verilən məlumata görə, quyu Qirməki Üstü Qumlu Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 3585-3540 metr intervaldan gündəlik 90 ton neft və 65000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.