Azərbaycan Tələbələr Birliyi “Tələbələrin şəxsi inkişaf məktəbi” yazı müsabiqəsi
Bölmə: MEDİA › ,Tarix: 12:55 01.12.2015
Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tələbələrin şəxsi inkişaf məktəbi” adlı layihə yekunlaşmaq üzrədir. Əsas məqsədi Ağcabədi, Mingəçevir şəhərlərinin müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr arasında gələcəyin liderlərinin yetişdirilməsinə kömək etmək olan layihə çərçivəsində bir çox tədbirlər həyata keçirilmişdir. Təlim və seminar formasında təşkil edən tədbirlərdə iştirak edən tələbələrə liderlik, komanda işi, şəxsi motivasiya, intervyuda necə davranmaq və digər bu kimi mövzularda məlumatlar verilmişdir.
Bundan başqa layihə çərçivəsində dəyirmi masa və debatların təşkili də nəzərdə tutulmuşdur ki, burada da tələbələr aktiv iştirak etmişlər.
Layihə barədə məlumat verən Birliyin sədri Elvin Aslanov bildirmişdir ki, həyata keçirilən layihə regionlarda həm tələbələrin şəxsi inkişafında, həm də tələbə təşkilatlarının inkişafında müstəsna əhəmiyyətə malikdir. Daha sonra Elvin Aslanov bir neçə məqamı vurğulamışdır: “ATB regionlarda tələbələrin daha innovativ ideyalarla çıxış etməsində və regionlarımızda gedən iqtisadi-sosial inkişafda tələbələrin də daha aktiv rol almasında maraqlıdır. Çünki, cəmiyyətimizdə tələbələr dinamik qrup kimi əsas yükü öz üzərlərinə götürə bilərlər. Biz belə layihələrin həyata keçirməyə davam edəcəyik. Bu sahədə Gənclər və İdman Nazirliyinin bizə verdiyi dəstək əvəz olunmazdır”
Layihə çərçivəsində son tədbirləri həyata keçirəcək olan Birlik Ağcabədi, Mingəçevir şəhərlərində tələbələri keçirilən tədbirlərdə daha da yaxından iştirak etməyə dəvət edir.
Mətbuat Katibliyi
Əlaqə vasitələri:
T : +994 12 434 22 03
+994 50 359 89 86