Qəzvin-Rəşt dəmir yolu 2017-ci ildə istismara veriləcək
Bölmə: İqtisadiyyat › ,Tarix: 11:31 12.01.2016
İran Dəmir Yolları İdarəsinin rəhbəri bildirib ki, Qəzvin-Rəşt dəmir yolu 2017-ci ilin iyul ayında istismara veriləcək.
İnformator Trend-ə istinadən məlumat verir ki, Möhsün Pur Seyid Ağayi Bakıda bu gün keçirilən konfransda bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisi isə 2016-cı ilin birinci yarısında başlayacaq və gözlənilir ki, 2019-cu ildə başa çatacaq: "Rəşt-Qəzvin-Astara 1.5 milyard dollar investisiya tələb edir, lakin İran hökümətinin prioriteti olaraq qalır və ona lazim olunan vəsait, İran tərəfindən təmin olunub".
İran rəsmisi qeyd edib ki, hazırda dünya iqtisadiyyatına inkişaf lazımdır, halbuki dünyanın bir çox ölkələri resessiya ilə qarşı-qarşıyadırlar: "Belə halda, tranzit yollarının qısalması, xərclərin azalması və yüklərin az zamanda daşınılması dünya iqtisadiyyatına töhfə verə bilər. Bunun üçün isə İran öz beynəlxalq missiyasını bilir və üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Biz hazırda neftin qiymətinin düşməsi ilə əlaqədar qarşılaşdığımız iqtisadi təzyiqlərə baxmayaraq, İran ölkədən keçən tranzit layihələrinin gerçəkləşdirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə imkanı var".