İTV əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb

Tarix: 10:27 29.02.2016
Bu il yanvarın 23-də itkin düşmüş və fevralın 26-da meyiti tapılan İctimai Televiziyanın (İTV) əməkdaşı Rəşad Əliyevin ölümü ilə bağlı cinayət işi başlayıb.
Səbail rayon Prokurorluğundan İnformator.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdərma) maddəsilə cinayət işi başlayıb.
Xatırladaq ki, İTV-də quruluşçu rejissor işləmiş 1973-cü il təvəllüdlü R.Əliyev bu il yanvarın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.