"Brent" markalı neftin qiyməti 44 dolları ötüb
Bölmə: İqtisadiyyat › ,Tarix: 10:29 13.04.2016
Dünya bazarında neftin qiyməti bu gün müxtəlif istiqamətlər üzrə dəyişib.
İnformator.az RİA "Novosti”yə istinadla verdiyi xəbərə görə, "Brent" markalı neftin bir barelinin iyun fyuçersinin qiyməti 0,32% bahalaşaraq 44,38 dollar olub.
WTI markalı neftin bir barelinin may fyuçersinin qiyməti 0,92% ucuzlaşaraq 41,78 dollar təşkil edib.