İranın neft naziri Dohada OPEC üzvlərinin iclasında iştirak etməyəcək

Bölmə: İqtisadiyyat › ,
Tarix: 13:02 13.04.2016

İranın neft naziri Bijan Namdar Zanganeh əsas neft ixrac edən ölkələrin bu həftə neft ixracının azaldılması ilə bağlı keçirilən iclasında iştirak etməyəcək.

İnformator.az-ın məlumatına görə, həftəlik enerji jurnalı “Seda” bu haqda xəbər verib. OPEC üzvləri və üzv olmayan ölkələr aprelin 17-də Qətərin payatxtı Dihada neft ixracını dondurmaqla bağlı müzakirələr keçirəcək.

“İranın neft naziri Dohada keçirilən iclasda iştirak etməyəcək, amma İranın nümayəndə heyəti gedəcək”,- jurnal məlumat verib.

“Səda” jurnalının analitiki qeyd edir ki, Zanganeh Qətərin energetika naziri Məhəmməd Saleh Sadaya yazdığı məktubda Tehranın sanksiyalardan əvvəlki səviyyəyə çatmaq üçün neft istehsalını genişləndirəcək. Enerji sahəsini əhatə edən sanksiyalar BMT-nin nüvə nəzaərtçisinin İran İslam respublikasının ötən yay əldə edilmiş razılığa riayət etdiyini təsdiqlədikdən sonra tədricən götürülməyə başlayıb.

Fevralda Səudiyyə ərəbistanı, Qətər, Venesuella və Rusiyanın energetika nazirlirəi Dohada hazırki neft bazarındakı vəziyyəti müzakirə edib. Görüşdə düşən neft qiymətlərini saxlamaq üçün digər ölkələr də qəbul edərsə neft hasilatını yanvar ayı səviyyəsində dondurmaq haqqında qərar qəbul edilib.

Bu günə olan məlumata əsasən, WTI markalı neftin bir barrelinin qiyməti 41,54, Brent markalı neftin bir barrelinin qiyməti isə 44,24 dollara düşüb.