RM ART Studionun açılışı oldu.

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:41 05.10.2022

4 Oktyabr Nazim İsmayılov/pr, Bakıxanov 70 qəsəbəsində yerləşən RM ART Studionun açılışı oldu.

Öncə Vətən Uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Giriş sözü ilə tədbiri açan ARİ- nin üzvü , sərgi tədbir təşkilatçısı Elnurə İsgəndərova təşrif buyuran Vətən Müharibəsi Qazilərini salamladı . Dərs məkanının açılmasının yüksək təhsilə doğru daha bir addım olduğunu və illər öncə açılmalı olduğunu qeyd edib sözü ilk olaraq RM ART Studionun Direktoru Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Pedaqoji Universitetinin Nəzdində Pedaqoji Kollecin və Azərbaycan Rəssamlıq Akademiyasının Nəzdində İncəsənət Kollecinin, Təhsil Nazirliyi tərəfindən Qabaqcıl Müəllim döş nişanı ilə təltif olunmuş Rəsmiyyə Mahmudovaya verdi.

Rəsmiyyə xanım açılışa gələn bütün qonaqları salamlayaraü bildirdi ki, Studionun məqsədi müxtəlif yaş qruplarında olan insanların 5 yaşdan yuxarı sənətlə məşğul olmaları , asudə vaxtlarını ART Terapiya ilə keçirmələri və gəncləri ali təhsil ocaqlarına yetişdirməkdir. Eyni zamanda Qazi və Şəhid ailələri üçün təmənnasız olaraq qrup halında masterklasların təşkil olunacağını bildirdi.

Açılışa gələn Vətən Müharibəsi Qaziləri adından Qazi Tehran Mahmudov çıxış edərək kollektivə uğurlar arzuladı. Təbriklərə qoşulan ADPUNADPK müəllimləri Rəsmiyyə xanımı təbrik edib ,işlərində müvəffəqiyyətlər arzuladılar. Çıxış edənlərdən Rəsmiyyə Mahmudovanın həyat yoldaşı Kamran Rəsulov, qardaşı Tural müəllim anası Əlanə ' xanım ,atası Nəriman müəllim öncə can sağlığı və bu məsuliyyətli işində uğurlar arzuladılar.

Sonda Vətənpərvərlik musiqiləri səsləndirildi və bütün gələn uşaqlara Azərbaycan Bayrağı və müxtəlif hədiyyələr paylandı.