QHT layihə çərçivəsində "Şuşaya aparan Zəfər yolu" adlı konsert tədbiri keçirdi-Foto+Video

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:18 26.10.2022

23 Oktyabr 2022-ci il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şuşaya aparan "Zəfər yolu" adlı böyük konsert tədbiri keçirildi.
Öncə Dövlət himni səsləndirildi, şəhidlərin əziz xatirəsi yad edildi. 44 günlük vətən müharibəsi qəhrəmanları haqqında məlumat verildi. 

İnformator.AZ xəbər verir ki, tədbirdə Millət vəkili Ceyhun Məmmədov, Okuklu Holdinqin rəhbəri Yılmaz Okuklu, "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova, Psixoloq Nailə Qasımova, Yeniproqnoz.az saytının rəhbəri Xanım Bağırlı,  Xanəndə-metodist Vəsilə Quliyeva, Vətən müharibəsi qaziləri Xəqani Muradov və Elçin Bayramov, şəhid ailələri, müəllimlər , Vətən müharibəsi qəhrəmanlarının istedadlı övladları, İstedadlı gənclər arasında keçirilmiş" Şuşa Zirvəsi" müsabiqəsinin qalibləri, əqli və fiziki qüsurlu, görmə əngəlli istedadlı gənclər, bundan öncə keçirilmiş müsabiqədə iştirak edən şagirdlər və onların yaxınları iştirak edib. 

Konsertdə “Şuşa Zirvəsi” müsabiqəsində iştirak etmiş və qalib gəlmiş şəxslərə diplom və hədiyyələr təqdim edildi.
Sonda tədbirin təşkilində təmənnasız dəstək olan bir qrup şəxsə diplom və hədiyyə təqdim edildi.


***
Xatırladaq ki,  İstedadlı gənclər arasında "Şuşa Zirvəsi" adlı müsabiqəsi Qubadlı rayonu Fərrux Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, Suraxanı rayonu 316 nömrəli tam orta məktəb, Sabunçu rayonu 155 nömrəli tam orta məktəbində keçirilib. 
İstedadlı uşaqları aşkarlamaq, asudə vaxtlarını səmərəli təşkil etməyə dəstək olmaq üçün ilk növbədə məktəblərdə onlarla görüş keçirilib. Ekspert və psixoloqun iştirakı ilə həmin yeniyetmələrlə söhbət aparılaraq, onlarda özgüvən hissi yaradılıb. Müsabiqəyə qoşulmuş məktəblilər istedadlarına uyğun olaraq, qiraət, rəqs, gimnastika, rəsm, xanəndəlik, müxtəlif musiqi alətlərində ifa bacarığı və malik olduqları digər bacarıqlar üzrə müsabiqədə iştirak edib. Onların təqdimatları münsiflər tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
(Müsabiqələri buradan izləyə bilərsiz: 
http://afia.az/index.php?option=com_content&view=article&id=38422:istedadl-zhaendzlaer-aras-nda-shusha-zirvaesi-adl-musabigae-bashlad&catid=53&Itemid=182)
(http://afia.az/index.php?option=com_content&view=article&id=38427:istedadl-zhaendzlaer-aras-nda-shusha-zirvaesi-adl-noevbaeti-musabigae-kechirildi&catid=53&Itemid=182)
(http://afia.az/index.php?option=com_content&view=article&id=38435:istedadl-zhaendzlaer-aras-nda-shusha-zirvaesi-adl-musabigaenin-galiblaeri-muaeyyaenlaeshib&catid=53&Itemid=182)

Müsabiqəyə həmçinin 3 saylı xüsusi təhsil məktəbindən, həmçinin müxtəlif məktəblərdən gənc istedadlar da qoşularaq özlərini tanıtmaq, yeni dostlar qazanmaq şansını əldə edib. Tədbirdə iştirak edən könüllü müəllimlər istedadlı məktəblilərə təmənnasız dərs keçəcəklərini, istənilən vaxt ona müraciət edə biləcəklərini vurğulayıb. Fiziki məhdudiyyətli, görmə əngəlli, nitq qüsurlu istedadlı uşaqlar və gənclər də ictimai birlik tərəfindən müxtəlif  həvəsləndirici hədiyyələrlə  mükafatlandırılıb.Sonda İctimai Birliyin sədri Vüsalə Qələndərli istedadlı gənclərin inkişafı, tanıdılması üçün təşkilata maddi və mənəvi dəstəyinə görə  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təşkilati dəstəyə görə Okuklu Holdingin rəhbəri Yılmaz Okukluya və təşkilatın könüllülərinə təşəkkür edib. 


Qubadlı rayonu Fərrux Mehdiyev adına Qaralar kənd orta məktəbi üzrə seçilmiş qaliblərin adlarını təqdim edirik:
Xəlil İmanlı, Banu Nurlu, Fidan Hüseynova, Samir Qasımov, Fatimə Məmmədova, Xədicə Şirinova, 
Nuray Süleymanlı, Gürşad Əlizadə, Nuray Ələkbərzadə 

Suraxanı rayonu 316 nömrəli tam orta məktəb üzrə seçilmiş qaliblərin adlarını təqdim edirik :
Zirvə xor qrupu, İnci rəqs qrupu, İmanlı Yusif, Həmidov Rəvan, Quliyeva Nəzrin, Mədinə Heybətova,
Hüseyn Abbaszadə  

Sabunçu rayonu 155 nömrəli tam orta məktəb üzrə seçilmiş qaliblərin adlarını təqdim edirik :
 Səfiyar Zeynalov, Səma Zeynalova, Humay Əsgərova, Ayan Hümbətova, Xəyalə Abdullayeva,
Aytən Musayeva, Nuray Məmmədli, Nuray Qasımzadə, Zeycan Ramazanlı
 
Həmçinin müsabiqəyə onlayn olaraq qoşulan Səma Zamiqqızı, Həzrət Əzizli, Ədilə Əliyeva, Fidan Kişiyeva, 
Yusif Sadıxov,  Ayan Xudiyeva, Fidan Əliyeva , Cəmilə Məmmədova,  Nəzakət Süleymanova, 
İsmayıl Hacıyev,  Nurbala Mamaliyev,  Zülfü Əsədov,  Mələk Bayramova, Məryəm Nadirli , 
Melisa  Həsənzadə , Loğman Zeynalov, Nərgiz Sadıxova, Hüseynli Sadiq,  Qafarova Fatimə,  
Ceylan Məhəmməd  müxtəlif hədiyyələr və diplomlarla mükafatlanıb.