Q.Paşayeva Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elyar Vəliyevin xanımı ilə görüşüb

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:17 25.11.2022

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elyar Vəliyevin xanımı ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elyar Vəliyevin həyat yoldaşı Türkanə Vəliyeva ilə görüşüb. Şəhid Qəhrəmanın xanımı ilə ətraflı söhbət edən Komitə sədri, onun ürək sözlərini dinləyib, Qəhrəman Vətən oğlunun həyat və döyüş yolu ilə, ailənin qayğıları ilə yaxından maraqlanıb. Q.Paşayeva Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət-qayğısından söz açıb, həmin həssasiyyətin hər bir Millət vəkili, hər bir dövlət qulluqçusu və cəmiyyətin hər bir aparıcı üzvü üçün əsil örnək olduğunu söyləyib. Komitə sədri şəhid ailələri ilə hər bir görüşün onun üçün çox doğma, unudulmaz görüş olduğunu bildirib, qəhrəman gizirin əziz ruhuna dərin ehtiramını yetirib. Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizirimiz Elyar Arif oğlu Vəliyev (17.10.1991, Sədəfli, Qobustan r. – 19.10.2020, Qubadlı r.) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhə boyu əks-hücumu başlanınan andan döyüşlərdə olub. O, Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik, mərdlik nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyevə “Vətən Müharibəsi Qəhrəmanı” yüksək adı verilib. Qəhrəman gizirimiz “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.12.2020), “Füzulinin azad olunmasına görə” (24.06.2021), “Xocavəndin azad olunmasına görə” (24.06.2021) medalları ilə də təltif olunub. Şəhid hərbçimiz həmçinin 26.06.2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, 26.06.2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları, 26.06.2020-ci ildə isə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunub. Ruhu şad olsun!