Qənirə Paşayeva və könül dostları növbəti dəfə Şanlıurfa vilayəti üçün yardım kampaniyasına qoşulublar.

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:31 18.02.2023


Şanlıurfadakı qardaş-bacılarımıza dəstək olduğunuz üçün Var olun əziz dostlar! Biz birlikdə güclüyük!

İnformator.az xəbər verir ki, bu sözləri Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Qənirə Paşayeva və könül dostları dəyərli Emin müəllim və Nigar xanım, dəyərli ziyalımız Əsmayə xanım, dəyərli ziyalılarımız RHİM İB sədri Arzu Bağırova, Zərnigar xanım, Salatın xanım, baş tacımız, iki şəhid anası Ziba xanım, əziz Nilufər xanım, tanınmış iş xanımı Vəfa xanım, tanınmış sənətkarımız Məleykə Əsədova, dəyərlilərimiz Mehriban xanım, Aidə xanım, Sədaqət xanım, Mərhəmət xanım, dəyərli qardaşlarımız Ceyhun müəllim, Tural müəllim, Əliş müəllim qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı növbəti dəfə Şanlıurfa vilayəti üçün yardım kampaniyasına qoşulublar. Komitə sədri və könül dostları Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampaniyasını örnək alaraq, bu gün Şanlıurfada zəlzələdən zərər görənlərə yardımda bulunublar.
Şanlıurfa vilayətində zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyaclar siyahısına uyğun olaraq uşaq ləvazimatları alaraq Babək prospekti 27-də yerləşən (Doğtaş mebel) Birlik və Dayanışma platformununun yardım məntəqəsində aidiyyəti üzrə təhvil veriblər.

Q.Paşayeva yardım toplama məntəqəsindəki çağırışında qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək göstərənlərə bir daha təşəkkür bildirərək, yenidən çağırış edib və AFAD-ın yenilənən tələbat və ehtiyaclar siyahısında göstərilən məhsullarla daha çox dəstək göstərməyə çağırıb.

Bir 3 nəfər, şar və içəridə şəkili ola bilərBir top və şar şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir 1 nəfər şəkili ola bilər