Gənc İstedadlar və “Unity Center”in psixoloqları "Bu sabah" verilişinin qonağı olub.

Bölmə: Mədəniyyət › ,
Tarix: 09:12 15.04.2023

“İstedadları Tanıyaq Və Tanıdaq” İB-nin  bir qrup istedadlı üzvü  və  Unity Center-Uşaq sağlamlıq və Nitq İnkişaf mərkəzinin  psixoloqları  "Dünya TV"-də yayımlanan "Bu sabah" verilişinin qonağı olub.

İctimai birliyin sədri Vüsalə Qələndərli verilişə dəvətə görə Xuraman Aydınqızına və mütəmadi olaraq istedadlı gənclərin çıxışına şərait yaratdıqlarına görə kanalın rəhbərliyinə təşəkkür edib. Bildirib ki, “İstedadları Tanıyaq Və Tanıdaq” İB olaraq istedadlı uşaq və gənclərin inkişafında və tanıdılmasında əllərindən gələni edirlər və bu sahədə  televiziyanın rolu  danılmazdır.
Təşkilat rəhbəri qeyd edib ki, belə görüşlər istedadlı və bacarıqlı gəncləri daha yaxından tanımağa, onların fikir və düşüncələrini öz dillərindən eşitməyə imkan yaradır.
Bu gün ölkəmizdə uşaqların hərtərəfli inkişafı, onların qayğılarının həlli və maraqlarının qorunması, milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən siyasət müasir Azərbaycan gəncliyinin inkişafı, onların yaradıcılıq qabiliyyətinin formalaşdırılması və peşəkar yetişməsi üçün baza rolunu oynayıb. Bu siyasətin, dövlət proqramlarının nəticəsidir ki, hazırda Azərbaycanda bütün istiqamətlərdə istedadlı gənclər fəaliyyət göstərirlər”, - deyə birlik sədri qeyd edib.
Qeyd edək ki, layihənin məqsədi istedadlı uşaqları, gəncləri cəmiyyətə tanıtmaq, onlara vətənpərvərlik və dövlətçilik ruhu aşılamaq, müstəqil özünüifadəetmə bacarıqlarını formalaşdırmaqdır.
Verilişdə çıxış edən istedadlar Elmira İbrahimova, Turan Yaqubzadə, Niftəlizadə Əliyar, Heydərli Fidan, Mədinə Rüstəmova, Hüseyn Qasımzadə uğurları haqda danışıb, maraqlı çıxışlarıilə yadda qalıb.   
Çıxış edən Unity Center-Uşaq sağlamlıq və Nitq İnkişaf mərkəzinin  psixoloqları Aynur Şıxaliyeva yeniyetmələrdə aqressiv davranışlar mövzusunda danışaraq yeniyetmələrdə aqressiya yaradan səbəbləri, yeniyetmənin formalaşmasında ailənin rolu haqda danışıb, aqressiv davranışları aradan qaldırmağın yollarından bəhs edib.
Mərkəzin psixoloqu Rəhimə Məmmədova Autizm, Yaranma səbəbləri və əlamətləri haqqında danışıb,  Autizmin ən yüngül formasi haqda məlumat verib.
Qeyd edək ki  mərkəzdə aşağıdakı Xidmətlər mövcuddur
Analar klubu, Fərdi psixoloji konsultasiya, Psixolojı qiymətləndirilmə (ilkin müraciət), Uşaq qrup terapiyası, Xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişaf proqramı, Art terapiya, Psixoloq
Psixo- pedaqoq, Defektoloq –loqoped, Refleksoloq, Uşaq masaji, Pediatr, Nevroloq, Fizioterapiya
 Dietoloq , Mbt, Duyu bütünləmə, Akupunktur(iynə batırma) terapiya , Manual terapiya
Xidmətlər ödənişli əsaslarla aparılır.
xidmətlər uşaqlar və böyüklər üçün müəyyən olunmuşdur.
Ünvan: Atatürk prospekti Səttar Bəhlulzadə küçəsi 157 ( Ayna Sultanov heykəlinin arxası)
Əlaqə: 055 286 61 58,  050 694 98 42, 055 694 98 42,  055 220 07 11