Süni intellektin çəkdiyi foto mübahisə yaratdı
Bölmə: Mədəniyyət › ,Tarix: 20:11 18.04.2023
Alman rəssam Boris Eldaqsen Sony World Photography müsabiqəsində qazandığı mükafatdan imtina edib.
İnformator.az Euronews-a istinadən bildirir ki, fotonu süni intellektdən istifadə edərək çəkdiyini etiraf edən sənətçi mövzunu müzakirəyə açmaq üçün bu yolu tətbiq etdiyini açıqlayıb.
Qalib gələn fotoda müxtəlif nəsillərdən olan iki qadın ağ-qara rəngdə təsvir edilib.
Mainz İncəsənət Akademiyasında fotoqrafiya və təsviri sənətlər üzrə təhsil alan rəssam öz internet səhifəsində bu fotonu “süni intellekt şəkillərinin iştirak edəcəyi müsabiqələrin olub-olmayacağını görmək üçün” hazırladığını bildirib.
İlk dəfə bir süni intellekt şəklinin nüfuzlu beynəlxalq fotoqrafiya müsabiqəsində mükafat aldığını bildirən sənətçi, "Bu, tarixi bir andır. Neçəniz bilirdiniz ki, bu, süni intellekt tərəfindən istehsal olunub?" deyə bildirib.
Fatima