Məşhur pianoçu Əhməd Camal vəfat edib
Bölmə: Mədəniyyət › ,Tarix: 13:08 17.04.2023
Məşhur caz pianoçusu və bəstəkarı Əhməd Camal 92 yaşında vəfat edib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bəstəkarın qızı Sumayah Camal New York Times qəzetinə atasının ölüm səbəbinin prostat xərçəngi olduğunu təsdiqləyib.
Peşəkar musiqi karyerasına 14 yaşında başlayan Camal 60 ildən artıqdır ki, caz musiqisində yenilikçi münasibətini qoruyub saxlayır.
Qeyd edək ki, o, 1994-cü ildə Milli İncəsənət Fondu tərəfindən Caz Ustası adına, 2017-ci ildə ömürlük Grammy mükafatına layiq görülüb.
Xumar