Fazil Sayın "100-cü il marşı"nın çəkilişləri tamamlanıb

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:53 19.04.2023

Pianoçu və bəstəkar Fazıl Sayın Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bəstələdiyi “100-cü il marşı”nın çəkilişləri tamamlanıb.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyə başçısı Tunç Soyer "Fazıl Sayın rəhbərliyi ilə 230 nəfərlik heyətlə Cümhuriyyətə ən gözəl hədiyyəmizi verəcəyik" fikirlərini ifadə edib.

 

İşin müəllifinin Tunç Soyerin olduğunu söyləyən Say 100-cü il marşını türk xalqına hədiyyə etdiyini bildirib.

 

Say bunları da əlavə edib: "Himn yazmaq, xüsusən yaxşı şeir tapmaq asan deyil. Aytən Mutlunun "Ver Elini" şeirini seçdik. tapıb əlaqə saxladıq. BU şeir 30-40 il bundan əvvəl yazıldığı üçün ona 'yüzüncü il' və 'Atatürk' əlavə etmək lazım idi".

 

Xumar