Firon II Ramzesin tabutu 5 aylıq sərgi üçün Parisə aparılıb
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202304/5574146_.jpeg)
Tarix: 11:02 19.04.2023
Misirdə Firon II Ramzesə məxsus tabutun Fransanın paytaxtı Parisdə 5 ay davam edəcək sərgi salonuna aparıldığı bildirilib.
İnformator.az Misirin rəsmi xəbər agentliyi MENA-ya istinadən xəbər verir ki, Misirin Parisdəki səfiri Ala Yusuf II Ramzesin tabutunun Parisə aparıldığını bildirib. Sözügedən sərginin artıq 6 apreldən açıq oldduğu bildirilir.
Qeyd edək ki, 20 yaşında taxta çıxan Ramses eramızdan əvvəl Misiri fəth edib. Onun eramızdan əvvəl 1279-1213-cü illərdə hökmdarlıq etdiyi təxmin edilir. Yəhudilərin Misirdən İsrailə köç etməsinə səbəb olduğu düşünülən Ramses məşhur Əbu Simbel məbədi də daxil olmaqla bir çox saray və məbədlər inşa etdirmişdi.
1881-ci ildə tapılan II Ramzesin tabutu paytaxt Qahirədə Misir Milli Muzeyində nümayiş etdirilir.