Rihanna Şirinə rolunu oynayacaq

Bölmə: Mədəniyyət › ,
Tarix: 18:53 28.04.2023

İkinci dəfə ana olmaq üçün günləri sayan Rihannanın yeni "Şirinlər" filmində "Şirin"i səsləndirəcəyi məlum olub.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Rihanna eyni zamanda ssenarisini Pam Brady-nin yazdığı və 14 fevral 2025-ci ildə ekranlara çıxması planlaşdırılan filmin prodüseri olacaq. Onun eyni zamanda filmin musiqisini bəstələyəcəyi bildirilir.

 

Qeyd edək ki, Rihanna daha əvvəl 380 milyon dollardan çox gəlir əldə edən "Mənim evim" cizgi filmində də səsləndirmə etmişdi.

 

Sayad