Hollivudda minlərlə ssenarist tətil elan etdi

Bölmə: Mədəniyyət › ,
Tarix: 15:15 02.05.2023

Hollivudda minlərlə televiziya və kino ssenaristi 15 ildə ilk dəfə aşağı maaş və süni intellektin onların işlərini ələ keçirəcəyindən qorxaraq tətilə çıxıb.

 

İnformator.az BBC-yə istinadən xəbər verir ki, Amerika Yazıçılar Birliyinin 9000-dən çox yazıçısı işlərini tərk etmək qərarına gəlib. Bu da Yazıçılar birliyinin səs verən üzvlərinin 98 faizi deməkdir.

 

Yazıçıların ilkin tələbi Disney və Netflix də daxil olmaqla, böyük studiyaları təmsil edən Kino Film və Televiziya İstehsalçıları Assosiasiyasından yüksək əmək haqqıdır.


Onların ikinci tələbləri bu gün sürətlə inkişaf edən onlayn baxış platformalarının qazancından daha çox pay almaqdır.

 

Qeyd edək ki, televiziya və kino ssenaristlərinin sonuncu bənzər tətilləri 2007-ci ildə 100 gün davam emiştdi və Hollivuda təxminən 2 milyard dollara başa gəlmişdi.

 

Sayad